Türkiyədən ABŞ-a gözdağı - O küçəyə Zeytun budağı adı verildi

turkiyeden-abs-a-gozdagi
Oxunma sayı: 2399

Ankara Böyükşəhər Bələdiyyə Məclisi ABŞ səfirliyinin yerləşdiyi küçənin adını dəyişib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məclis üzvləri Türkiyənin Suriyanın Afrin bölgəsindəki əməliyyatla bağlı ABŞ-a münasibətini göstərmək üçün küçəyə Zeytun budağı adını veriblər.

Küçənin əvvəlki adı Nevzat Tandoğandan başqa daha 7 küçənin adı da dəyişib. Onlara Vətən, Hilal, Alsancaq, Anayurd, Qayı, Diriliş və Bayraq adları verilib.

Qeyd edək ki, Afrindəki əməliyyat da “Zeytun budağı” adı altında keçirilir.