Türkiyə bu gün Dünya Ticarət Təşkilatının keçirəcəyi iclasa ABŞ-a panel dəvəti göndərib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu ticarət naziri Ruhsar Pekcan deyib:
“ABŞ-ın 25% və 10%-lik vergiləri iki qat qaldırmasından sonra cavab addımı kimi Amerika məhsullarına əlavə gəlir vergimizi açıqladıq. Bu gün Dünya Ticarət Təşkilatında ABŞ-ı panelə dəvət etdik. Bununla da DTT-də proseduru başlatdıq. Bu gün bunu mütləq etməliydik. Çünki DTT ayda iki dəfə iclas keçirir. Bu dəvət bu gün edilməsəydi, daha 15 gün gözləməli idik”.