Türkiyədən ABŞ-a sərt cavab - “Terrorçulara verdiyiniz silahları toplayın”

turkiyeden-abs-a-sert-cavab
Oxunma sayı: 1891

ABŞ dövlət katibi Reks Tillersonun Suriyada “təhlükəsiz bölgə” üçün Türkiyə ilə əməkdaşlıq təklifinə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağdan sərt cavab gəlib.

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən B.Bozdağ, ABŞ-ın “əməkdaşlıq” təklifinə cavab olaraq “silahları toplayın” deyib:

“Əməkdaşlığın istiqaməti məlumdur. Bu yol terrorçulara silah verməyi dayandırmaq, əvvəl verilən silahları toplamaqdır”.