Türkiyədən Almaniyaya xəbərdarlıq - “Ərdoğana sui-qəsd ola bilər”

turkiyeden-almaniyaya-xeberdarliq
Oxunma sayı: 1249

Türkiyənin dövlət təhlükəsizlik orqanları Hamburqda keçirilmiş “G20” sammitindən əvvəl Almaniya federal polisinə verbal nota göndəriblər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Welt” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, nota iyulun 6-da  göndərilib. Məktubda “Alman polisi geyimində olan şəxslər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil edə bilərlər”,-deyə vurğulanıb. Bundan əlavə potensial sui-qəsdçinin adı da qeyd olunub. Onun keçmiş Türkiyə polisi olduğu bildirilib.

“Welt”in sorğusuna cavab olaraq Almaniya polisi məktub aldıqlarını təsdiqləyib. Ancaq hesablamalara əsasən sui-qəsd ehtimalının az olduğu vurğulanıb.

Qeyd edək ki, 7-8 iyulda Hamburq şəhərində “G20"-nin (Böyük 20-lik) sammiti keçirilib.