Türkiyədən Azərbaycana yük daşıyan maşında partlayış olub

turkiyeden-azerbaycana-yuk-dasiyan-masinda-partlayis-olub
Oxunma sayı: 741


“Qafqazinfo”nun APA-ya  istinadən verdiyi xəbərə görə, yük maşını İstanbulda beynəlxalq magistralda hərəkət edərkən nasazlıq yaranıb. Maşın yanmağa başlayıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə cəhd edərkən, yük maşınında partlayış baş verib.

Maşının sürücüsü, Türkiyə vətəndaşı Siyami Kürek yolda gedərkən maşının qəfildən dayandığını deyib: “Mən yanacaqla bağlı problem olduğunu düşündüm, benzin bakını açıb-bağlayanda TIR-ın sağ tərəfindən tüstü qalxdığını gördüm”.

Sürücü maşınla Azərbaycana plastik məhsul istehsalı üçün xammal daşıdığını bildirib.

Qeyd edək ki, hadisə ilə bağlı mərkəzi magistralda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb.