Türkiyədən Fransaya təcili nümayəndə heyəti göndərildi

turkiyeden-fransaya-tecili-numayende-heyeti-gonderildi
Oxunma sayı: 635

Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti Parisə gedib. Heyət qanun layihəsinin dekabrın 22-si Fransa parlamentində səsverməyə qoyulmasından əvvəl bir sıra görüşlər həyata keçirəcək.

Volkan Bozkır Türkiyənin Fransa səfirliyində mətbuat konfransı keçirib. O bildirib ki, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti bu gün Fransa parlamentinin xarici əlaqələr komitəsinin sədri Aksel Ponyatovski ilə görüşəcək. Sosialistlər partiyası və Türkiyə-Fransa dostluq qrupunun bəzi nümayəndələri ilə də danışıqlar aparılacaq.

Cümə günü isə Türkiyə heyətinin Fransa prezidenti Nikolya Sarkozinin diplomatik təmsilçisi Jan-David Levit və Fransanın xarici işlər naziri Alen Jüpe ilə görüşü planlaşdırılır.