Türkiyədən gələn avtobus Şəmkirdə qəzaya uğradı - Ölən və yaralananlar var + Yenilənib

turkiyeden-gelen-avtobus-semkirde-qezaya-ugradi
Oxunma sayı: 6725

Bakı-Qazax magistiral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun "Report"a istinadən məlumatına görə, hadisə rayonun Dəllərcəyir kəndi ərazisində qeydə alınıb.

Belə ki, Türkiyədən gələn avtobus yük maşını ilə toqquşub, azı 10 nəfər yaralanıb. Qəza nəticəsində ölənlərin olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Avtobusda 50-yə yaxın sərnişinin olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

**

Şəmkir rayonu ərazisində baş verən ağır yol nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Qəzaya düşən “Mercedes” markalı avtobus İstanbul-Bakı marşrut xətti üzrə hərəkət edirmiş. Avtobusda sürücü, sürücünün köməkçisi və 52 sərnişin olub. Şahidlərin bildirdiyinə görə, qəzaya səbəb “Şaqman” markalı yük maşınının avtobusa çırpılması olub.

Qəzada yaralanan qadın açıqlamasında deyib ki, qəza nəticəsində sürücünün köməkçisi elə hadisə yerində keçinib: “ Hər kəs bir-birini tapdalayıb avtobusdan düşməyə çalışırdı. Avtobusda uşaqlar da vardı. Hamımız düşüb baxdıq ki, yük maşını avtobusa çırpılıb. Bəzi sərnişinlər yolda maşın saxlayıb minib evlərinə getdilər. 

Mən qəzada ciddi xəsarət almamışdım, sadəcə düşmək istəyəndə sərnişinlər itələdilər yıxıldım. Üzərimdən keçdikləri üçün xəsarət aldım. Məncə yük maşını bizi vurub. Günah onda olub."