Türkiyədən həmin filmə etirazlar

turkiyeden-hemin-filme-etirazlar
Oxunma sayı: 639

“Qafqazinfo” Dəyərlər.org-a istinadən xəbər verir ki, aksiya bununla bitməyib. Muşda da Cümə namazından sonra Anadolu Gənclik Dərnəyi, Has-Der, İnsan və Yaşam Dərnəyi və Lale-Der təşkilatları Hacı Şərəf məscidi qarşısında filmə öz etirazlarını bildiriblər.

Peyğəmbərlər Sayğı Platforması isə “Müsəlmanların məsumiyyəti” filminə etiraz məqsədi ilə bu gün Taksim meydana etiraz yürüşü keçiriblər.

Bununla yanaşı, bu gün Qardaşlıq və Həmrəylik Platforması Fatih məscidinin qarşısında, daha sonra Bodrumda, Adanada, Şanlıurfa, Diyarbəkr və digər yerlərdə etiraz aksiyalar olacaq.

Xatırladaq ki, filmə qarşı olan aksiyalar dünyanın bir çox ölkərində - Qətər, Sudan, Kəşmir, İndoneziya, Yəmən, Əfqanıstan, Pakistan, Banqladeş, Misirdə də davam etdirilir.