Türkiyədən İsrailə cavab addımı - Konsulu geri göndərdi

Türkiyədən İsrailə cavab addımı
Oxunma sayı: 878

Türkiyənin Xarici İşlər Nazirliyindən İsrailin İstanbuldakı baş konsulu Yosef Levi Sfarinin bir müddət ölkəsinə qayıtması tələb edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, dünən isə İsrail Türkiyənin Qüdsdəki baş konsulu Gürcan Türkoğlunun vətəninə dönməsini istəmişdi. İsrail XİN-dən verilən açıqlamada “məsləhətləşmələr aparmaq üçün” Türkoğlunun Türkiyəyə göndərildiyi bildirilmişdi. 

Qeyd edək ki, Qəzzada fələstinlilərə qarşı təşkil edilmiş kütləvi qırğından sonra Türkiyə Tel-Əvivdəki və Vaşinqtondakı səfirlərini geri çağırmışdı. 

Nuranə 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi