Türkiyədən Makrona sərt reaksiya

turkiyeden-makrona-sert-reaksiya
Oxunma sayı: 2034

Fransa prezidenti Emmanuel Makronun PKK/YPG terror təşkilatının bir qolu olan “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nümayəndələrini qəbul etməsinə Türkiyədən sərt reaksiya verilib.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bu görüşün terrorçulara rəsmiyyət qazandırmağa istiqamətlənmiş təşəbbüs olduğunu açıqlayıb.

XİN-in sözçüsü Hami Aksoy bu görüşün şiddətlə qınandığını bildirib:

“Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü hədəf alan bütün fəaliyyətlərə qarşı zəruri olan addımları atmaqdan çəkinməyəcəyik”.