Türkiyədən Qətərə 105 təyyarə gedib - Ərzaq daşınıb

turkiyeden-qetere-105-teyyare-gedib
Oxunma sayı: 687

Körfəz ölkələri tərəfindən blokadaya salınan Qətər qida məhsullarının böyük hissəsini Türkiyədən idxal etməyə davam edir.

“Qafqazinfo” Star-a istinadən xəbər verir ki, Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybəkçi Qətərin ehtiyaclarının qarşılanmasında Türkiyənin atdığı addımlar barədə danışıb.

Nazir deyib ki, “Körfəz böhranı”ndan sonra Qətərə qida daşıyan karqo təyyarələrin sayı 105-ə çatıb:

“Normal ərzaq məhsullarını təyyarə ilə göndərmək sərfəli deyil. Ona görə də bundan sonra məhsulları gəmilərlə yola salacağıq. İlk gəmimiz bu gün yola düşdü. Ümid edirəm ki, qısa zamanda ərzaq çatışmazlığı problem ortadan qalxacaq”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı başda olmaqla 9 ölkə 5 iyundan etibarən Qətərlə münasibətləri dayandırıb.