Türkiyədən Trampın açıqlamasına reaksiya

turkiyeden-trampin-aciqlamasina-reaksiya
Oxunma sayı: 1912

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp 1915-ci ildə Osmanlı imperiyası zamanında ermənilərin kütləvi şəkildə ölümünü “böyük fəlakət” (“Mets Yegern”) adlandırıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Trampın bu açıqlamasını rədd etdiklərini açıqlayıb:

“Ermənilərin ssenarisinə əsaslanan bu açıqlamanın heç bir dəyəri yoxdur. Tarixin təhrif edilməsi əsla qəbuledilməzdir. Eyni dövrdə 500 mindən çox müsəlmanın da qətlə yetirildiyini xatırladaraq Trampı ədalətli olmağa dəvət edirik”.

Türkiyə XİN-dən bildirilib ki, həmin hadisələrin aydınlaşdırılması üçün Ortaq Tarix Komissiyasının qurulması təklifi hələ də keçərlidir.