Türkiyəli aktyor gecə klubunda 8 qızla dalaşdı

Türkiyəli aktyor gecə klubunda 8 qızla dalaşdı
Oxunma sayı: 1285

Bir neçə həftə bundan əvvəl aktrisa Bestemsu Özdemirlə sevgi həyatına son qoyan aktyor Can Yamanın başına iş gəlib. “Qafqazinfo” xəbər verir ki, serial ulduzu ötən gecə İstanbuldakı bir gecə klubunda səkkiz qızla mübahisə edib. 

İddia olunur ki, kluba əylənməyə gedən C. Yaman xanımlardan biri ilə söz davasına başlayıb.  Daha sonra kiçik mübahisə böyüyüb və Yamanla naməlum xanımın dostları bir-birinə stəkan atıb, bir nəfər əlindən ciddi şəkildə zədə alıb. 

Hər iki tərəf polis şöbəsinə aparılıb.  Can izahat verdikdən sonra müxbirlərin suallarını cavablandırıb.  O, dava xəbərini təkzib edərək ərazidən uzaqlaşıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi