Türkiyəli aktyor vəfat etdi

turkiyeli-aktyor-vefat-etdi
Oxunma sayı: 1194

Türkiyənin kino ulduzu Eşref Kolçak dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, o, dünən müalicə aldığı Gemlik Dövlət Xəstəxanasında həyatını itirib. 

92 yaşlı aktyorun ağciyərinə su yığıldığı qeyd edilib. Orqan çatışmazlığından əziyyət çəkən E. Kolçak vəfat edib. O, Gemlik bələdiyyə məzarlığında torpağa tapşırılacaq.