Türkiyəli aktyor xərçəngə yoluxub - Vəziyyəti ağırdır

turkiyeli-aktyor-xercenge-yoluxub
Oxunma sayı: 1970

“Yeşilçam”ın aktyoru, 69 yaşlı Aytaç Arman xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun “Posta”ya istinadən xəbərinə görə, bu barədə müğənni-bəstəkar Onur Akay məlumat verib:

“Bu gün pis bir xəbər eşitdim. Aytaç Arman xəstəxanaya yerləşdirilib. O, xərçəngə tutulduğu üçün müalicə alırdı. Lakin xəstəliyini hər kəsdən gizləyirdi. Hazırda vəziyyəti ağırdır. Dualarınızı əsirgəməyin”.