Türkiyəli aktyora 6 il həbs cəzası verildi

Türkiyəli aktyora 6 il həbs cəzası verildi
Oxunma sayı: 3358

Türkiyənin məşhur aktyoru Səlim Ərdoğana 6 il həbs cəzası verilib. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2017- cilin aprel ayında polis tərəfindən aktyorun evinə basqın həyata keçirilib. Bu zaman mənzildən 840 qram narkotik tapılıb. Eyni zamanda S. Ərdoğan evin həyətində narkotik yetişdirib. O həmin vaxt polis tərəfindən saxlanılıb.

Artıq Muğla 1-ci cəza məhkəməsində keçirilən istintaq başa çatıb. Aktyora 6 il 7 ay 20 gün həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, S. Ərdoğan məşhur “Çiçək taksi” filmində oynadığı “Abuzər” rolu ilə şöhrət qazanıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi