Türkiyəli ekspertlər Türkiyə mediasına cavab verdilər

turkiyeli-ekspertler-turkiye-mediasina-cavab-verdiler
Oxunma sayı: 633

Bu sözləri “Qafqazinfo”ya Qara Dəniz Texnik Universitetinin beynəlxalq münasibətlər kafedrasının dosenti, politoloq Coşkun Topal son günlər bəzi Türkiyə mediasında Azərbaycan əleyhinə gedən yazılara cavab olaraq bildirib.

“Əgər, belə media orqanları obyektivdirsə, nə üçün 20 yanvar hadisənin ildönümü ilə bağlı xəbərləri öz səhifələrində yer vermədilər. Bu faktın özü hər şeyi ortaya qoyur.

Bu gün türk xalqı belə xəbərlərin yanlış olduğunu görməkdədir. Səsi güclü çıxan hər zaman haqlı olduğu anlamanına gəlməməlidir. Türk xalqı vicdanı, ürəyi ilə Azərbaycanın yanındadır. Azərbaycan Türkiyəni yetərincə müdafiə etdi və verilən açıqlama və bəyanatlar bunu təsdiqlədi”, - deyə politoloq qeyd edib.

Azərbaycan xalqı belə xəbərlərdən üzülməməli və bu media orqanlarının məqsədləri bəllidir.

Bu sözləri isə, ekonomistturk.com saytının baş redaktoru və İstanbul Universitetinin əməkdaşı Oğuz Ucar söyləyib.

“Türkiyə insanı Azərbaycanın yanındadır və hazırda birlik, bütövlük istiqamətində uğurlu çalışmalar həyata keçməkdədir. Fransa məsələsində Azərbaycan Türkiyənin yanında olduğunu ortaya qoydu. İndi də hansısa media orqanı durub Azərbaycan xalqının əleyhinə yönəlik məqalələr yazması, düşmənin dəyirmanına su tökməkdən başqa bir şey deyil”,-deyə Oğuz Ucar bildirib.


Elnur Eltürk