Türkiyəli jurnalist Afrində yaralandı - Foto

turkiyeli-jurnalist-afrinde-yaralandi
Oxunma sayı: 1442

Suriyanın Afrin bölgəsində keçirilən antiterror əməliyyatını işıqlandırmaq üçün “Anadolu” agentliyinin bölgəyə ezam olunmuş müxbiri Sarp Özərin yaxınlığına raket düşüb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terrorçuların raket zərbəsi nəticəsində müxbir əlindən və ayağından yaralanıb.

S.Özərə ilkin tibbi müdaxilə əsgərlər tərəfindən edilib. Daha sonra döyüş bölgəsindən çıxarılaraq Qırıqxan Dövlət Xəstəxanasına yerləşdirilib.

Həkimlər ilkin müayinədən sonra jurnalistin vəziyyətinin normal olduğunu açıqlayıblar.

Qeyd edək ki, 20 yanvardan etibarən keçirilən “Zeytun budağı” adlı əməliyyatda bu günə qədər 823 terrorçu zərərsizləşdirilib.