Türkiyəli jurnalistlərin Azərbaycana səfəri başlayıb

turkiyeli-jurnalistlerin-azerbaycana-seferi-baslayib
Oxunma sayı: 634

“Qafqazinfo”ya MŞ-dan verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının anım tədbirləri ilə əlaqədar 25-27 fevral tarixlərində ölkəmizdə olacaq qonaqlar Quba rayonundakı tarixi kütləvi məzarlığı ziyarət ediblər. Onlar həmçinin Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə də görüşüblər.

Qeyd edək ki, türkiyəli jurnalistlər fevralın 26-da Xocalı faciəsi ilə bağlı ucaldılmış abidəni ziyarət edəcəklər. Həmin gün saat 12.00-da Mətbuat Şurasında Xocalı faciəsinə həsr olunacaq «dəyirmi masa»ya qatılacaqlar. Saat 15.00-da isə qonaqların Azərbaycan Respublikasının baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovla görüşü nəzərdə tutulub.

Türkiyəli media təmsilçilərinin fevralın 27-ə nəzərdə tutulan səfər proqramına Xocalıdan olan qaçqınlarla görüş daxildir.

Onu da deyək ki, Türkiyədən gələn nümayəndə heyətinin tərkibinə TRT-nin ərəb bölməsinin müdiri Faysal Ata, FOX TV-nin xəbər müdiri Ercan Gün, «Bu gun» qəzetinin xarici xəbərlər şöbəsinin müdiri Əmrah Kamil Ülkər, «Kanaltürk» telekanalının xəbər müdiri Ərkan Akkus, «Todays Zaman» qəzetinin baş redaktorunun müavini Cəlil Sağır, «Samanyoluxəbər»in baş redaktoru Enes Engin Sağ, «Zaman» qəzetinin baş redaktorunun müavini Veysəl Ayxan, qəzet yazarı Məhməd Gündəm, Media PR-ı Agentliyinin koordinatoru Xəlil Soylu daxildir.