Türkiyəli müğənni aktyoru “öldürdü”

turkiyeli-mugenni-aktyoru-oldurdu-
Oxunma sayı: 632

“Qafqazinfo” xəbər verir ki, Nihat “Twitter”də 6 sentyabrdan bəri nəfəs darlığı çəkən aktyorun həyatını itirdiyi xəbərini paylaşdı: “Ölkə teatrımızın çinarı Erol Günaydın həyata gözlərini yumub. Mərhuma Allahdan rəhmət, ailəsinə isə başsağlığı diləyirəm”.

Müğənninin yalnış məlumatı isə aktyorun qızı Günfer Günaydını özündən çıxardıb. O “Atamın vəziyyəti ağırdır. Bu cür yalan xəbərlər isə bizi incidir”- deyə açıqlama verib.

Nihat Doğan isə yaydığı məlumatın yalan olduğunu bildikdə hər kəsdən üzr istəyib.