Türkiyəli müğənni Bakıya niyə gəlib? - Fotolar

turkiyeli-mugenni-bakiya-niye-gelib
Oxunma sayı: 3735

Türkiyənin gənc ulduzu İlyas Yalçıntaş Azərbaycana gəlib. “Qafqazinfo” xəbər verir ki, müğənni Bakının məşhur otellərinin birində keçirilən toyda çıxış edib. 

Onun fotoları sosial şəbəkələrdə paylaşılıb. Məclisdə İlyasın azərbaycanlı həmkarı Samirə Əfəndi də çıxış edib. Toyun aparıcısı Cavid Gül olub. 

Bundan əlavə, Yalçıntaş yarım milyonluq instaqram səhifəsində Bakıdakı fitness zalların birində çəkilən şəklini yayımlayıb, burada olduğunu bildirib. 

Daha sonra ifaçı ATV kanalında yayımlanan "Məlahətli söhbətlər" verilişinin qonağı olub. O, əməkdar artist Məlahət Abbasovanın aparıcılıq etdiyi proqramın Yeni il çəkilişində iştirak edib. 

Onunla birgə xalq artistləri Fidan Hacıyeva, Gülyaz- Gülyanaq Məmmədovalar, əməkdar artistlər ədalət Şükürov, Lalə Məmmədova və başqaları çıxış edib.