Türkiyəli müğənni Kənan Doğulu konsert zamanı səhnədən yıxılıb.
“Qafqazinfo” “Posta”ya istinadən məlumatına görə, hadisə İstanbul konserti zamanı baş verib. Belə ki, ifaçı səhnəni sevdiyi qıza evlənmə təklifi edən gənc oğlana verən zaman özü boşluğa düşüb.
Bir anlıq səssizlikdən sonra Kənan “Yaxşıyam, narahat olmayın” deyib.