Türkiyəli müğənni xəstəxanalıq oldu

turkiyeli-mugenni-xestexanaliq-oldu
Oxunma sayı: 634

Türkiyəli müğənni Reyhan Karaca dünən axşam saatlarında hamamda pisləşərək huşunu itirib.

“Qafqazinfo”nun “Sözcü”yə istinadən verdiyi məlumata görə,  yaxın dostları tərəfindən xəstəxanaya aparılan sənətçiyə ilkin olaraq infarkt diaqnozu qoyulub. Daha sonra isə onun kəskin stress içində və yorğun olduğuna görə immunitetinin zəiflədiyi ortaya çıxıb. 

Kiçik yaşlarında “spastik kolon” ürəkgetmə xəstəliyinə tutulan Karaca müayinələrdən sonra bu gün səhər evə buraxılıb. 

Qeyd edək ki, R. Karaca ötən gün İnstaqram hesabında Orhan Gencebay və xanımı Sevim Emre ilə olan şəklini paylaşıb. Fotoda azərbaycanlı millət vəkili Qənirə Paşayeva da yer alıb. O, Paşayeva ilə tək şəklini də sosial şəbəkə hesabına yerləşdirib.

Şəkildə olduqca sağlam görünən sənətçinin anidən pisləşməsi onu sevənləri həyəcanlandırıb.