Türkiyəli mütəxəssislər gömrük əməkdaşlarına təlim keçir

turkiyeli-mutexessisler-gomruk-emekdaslarina-telim-kecir
Oxunma sayı: 810

Fevralın 18-də Dövlət Gömrük Komitəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi məqsədilə təlim başlayıb.

"Qafqazinfo" xəbər verir ki, təlim Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulub.

Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitənin aidiyyəti qurumlarının rəhbərləri və əməkdaşları, Türkiyə Respublikası Ticarət Nazirliyinin idarə rəisi Burak Serkan Yaşar və həmin nazirliyin nümayəndələri iştirak ediblər.

İsmayıl Hüseynov qonaqları salamlayaraq Ümumi Tranzit Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlük istiqamətində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Türkiyə Ticarət Nazirliyinin idarə rəisi Burak Serkan Yaşar dəvətə görə təşəkkürünü bildirib və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi ilə bağlı Türkiyənin təcrübəsini paylaşmaqdan məmnunluğunu ifadə edib. 

Sonra təlim başlayıb. Təlim zamanı türkiyəli mütəxəssislər iştirakçılara Ümumi Tranzit Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi, Türkiyədə tətbiq edilən T1, T2 və TR formalı bəyanetmə, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində zəmanət mexanizmləri, Səlahiyyətli İqtisadi Operatorların Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi üzrə rəsmiləşdirmə prosesi və digər mövzularda məlumat verəcəklər.

Təlim fevralın 19-dək davam edəcək.