Türkiyəli nazirlər ABŞ-da belə qarşılandılar - Fotolar

turkiyeli-nazirler-abs-da-bele-qarsilandilar
Oxunma sayı: 1669

Türkiyənin müdafiə naziri Hülusi Akar Baş Qərargah rəisi Yaşar Gülərlə birlikdə ABŞ-dadır.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, nazirlər Pentaqonda hərbi mərasimlə qarşılanıblar. Akar və Gülər amerikalı həmkarları Patrik Şanahan və Jozef Danfordla görüşüblər. Dəvət üçün Şanahana təşəkkür edən Akar “ziyarətimiz təkcə ikitərəfli münasibətlər baxımından deyil, regional məsələlər baxımından da önəmlidir “ deyib.

Şanahan isə Ankaradakı hərbi kazarmadakı partlayışda şəhid olan əsgər Mehmet Xanla bağlı başsağlığı verərək, yaralılara şəfa diləyib. O, Hülusi Akar və heyətini ABŞ-da qarşılamaqdan məmnun olduğunu bildirib.