Türkiyəli rejissor Azərbaycanda işləmək qərarına gəlib- - Fotolar

turkiyeli-rejissor-azerbaycanda-islemek-qerarina-gelib-
Oxunma sayı: 1402


“Qafqazinfo”nun məlumatına görə, Dalkıran model Günay Musayeva vasitəsilə tanış olduğu klipmeyker Zöhrab Ağayevlə yeni işlərə imza atmağa qərar verib. Rejissor Azərbaycanda da yaradıcılıq fəaliyyətini davam etdirəcəyini bildirib: 

“Rejissorluğunu etdiyim “Pəri masalı” filmi ilə Azərbaycanda tanınmışam. Günay Musayevanın vasitəsilə Zöhrab Ağayevlə tanış olduq və yeni işbirliyinə başladıq. Burada mənə yaşamağa ev də tapdılar. Artıq Azərbaycanda da film və kliplər çəkəcəyəm. Burada bir neçə gündür olmağıma baxmayaraq maraqla qarşılandım, çox hörmət gördüm. Bakını gəzib gördüm. Hər kəsə minnətdaram”.