Türkiyəli tələbə qız Bakıda intihar etdi

turkiyeli-telebe-qiz-bakida-intihar-etdi
Oxunma sayı: 651

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında, Türkiyə vətəndaşı 1989-cu il təvəllüdlü Reyhan Hakkı Zekriyye özünü yaşadığı otaqda asıb. 24 yaşlı qızın asılı vəziyyətdə qalmış meyitini tələbə yoldaşları aşkarlayıblar.

Məlumata görə, R.H.Zekriyye Bakıda ali məktəbdə təhsil alırmış. Onun intihar səbəbləri hələlik məlum deyil.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.