Türkiyəli ulduzlar Ümrəyə getdi - - Fotolar

turkiyeli-ulduzlar-umreye-getdi-
Oxunma sayı: 1584


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənnilər ötən gün müqəddəs torpaqlara yola düşüblər. Türk Hava Yollarına aid bir təyyarə günorta saatlarında müqəddəs torpaqlara gedən məşhurlar Ümrəyə uyğun paltar geyərkən Gülben Ergen pasport nəzarətindən normal paltarlarla keçməsi isə diqqət çəkib. 

Ümrəyə ilk dəfə gedəcəyini söyləyən Burcu Güneş  Atatürk hava limanında jurnalistlərin suallarını cavablandırıb: 

“Gözəl bir duyğudur, çox həyəcanlıyam. İki-üç ildir İslam dininin nə qədər xüsusi və mənalı bir din olduğunu araşdırıram. Amma bəzi şeylərin tam məzmununu anlamaq bir az zaman istəyir. Uşaqlığımdan bəri dinə böyük marağım vardı. Allah mövzusu keçdiyi zaman diqqətlə dinləyərdim, , anlamağa çalışardım. İnsanlar həmişə “qocalanda həccə gedək” deyərlər. Mən düşünürəm ki, nə qədər gənc yaşda gedilsə, o qədər mənəviyyatımız yaxşı, aydın olar. Ruh olduğumuzu çox yaxşı qavramış vəziyyətdəyəm. Bu bədən gəlib keçicidir, ruhumu, mənəviyyatımı zənginləşdirmək üçün ən mənalı ilk səfərimi edəcəyəm”.

Müğənni İntizar isə "Keçən il həccə getmişdim. Müqəddəs torpaqları ilk gördüyümdə “Rəbbim hər il mənə bura gəlməyi nəsib et və həqiqəti qiymətləndirməyi və yaşamağı nəsib et"deyə dua etdiyini bildirib.