Türkiyəlilərin hər il izlədiyi möcüzəli Atatürk silueti - - Foto

turkiyelilerin-her-il-izlediyi-mocuzeli-ataturk-silueti-
Oxunma sayı: 2565


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii möcüzə adlandırılan siluet hər il 15 iyun-15 iyul tarixlərində bir ay müddətində Ardahandakı Qaradağın yamaclarında meydana gəlir. Bu il havanın tutqun olması səbəbi ilə görüntü 5 gün gecikib. Dağın ətəyində heyvanları otlağa çıxaran İsmayıl Atam hər gün bu mənzərəni heyranlıqla izlədiyini deyib: “Buludsuz havada onlarla insan bu silueti izləmək üçün bura gəlir. Hər kəs bu möcüzəni görməlidir”. 

Qeyd edək ki, ilk dəfə yamacda bu silueti 1954-cü ildə çoban Adıgözəl Qırmızıgül görüb. 1995-ci ildən bu yana hər il iyul ayında Damal şəhərində “Atatürkün izində və kölgəsində” şənlikləri təşkil olunur.

Günel Hacı