Türkiyənin axtardığı şəxs Bakıda yaxalandı

turkiyenin-axtardigi-sexs-bakida-yaxalandi
Oxunma sayı: 639

Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsi, Binəqədi Rayon Polis İdarəsi və digər hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə Bakıda əməliyyat keçirilib.

“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, əməliyyat tədbirləri nəticəsində Türkiyə Respublikasının axtarışa verdiyi 1956-cı il təvəllüdlü Hasan Hüsnü Tekbıçak tutulub. Onun Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı tədbirlər görülür.

Qeyd edək ki, tutulan şəxs Türkiyədə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinir və məhkəmə qərarı ilə axtarışa verilib. Onun Azərbaycanda olması müəyyən ediləndən sonra Türkiyə tərəfi Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib.