Türkiyənin daxili işlər naziri Azərbaycanda

turkiyenin-daxili-isler-naziri-azerbaycanda
Oxunma sayı: 632

Səfər Azərbaycanın daxili işlər naziri Ramil Usubovun dəvəti əsasında gerçəkləşib. “Qafqazinfo”nun APA-a istinadən verdfiyi məlumata görə, dünən axşam radələrində ölkəmizə gələn DİN başçısının səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə, daxili işlər naziri Ramil Usubov, ədliyyə naziri Fikrət Məmmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüş daxildir. Görüşlərdə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın mövcud durumu və perspektivləri müzakirə olunacaq. Bundan başqa İdris Naim Şahin Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını, Türk Şəhidliyini ziyarət edəcək. Səfər bu gün başa çatacaq.