Türkiyənin ən qalmaqallı verilişi bağlandı

turkiyenin-en-qalmaqalli-verilisi-baglandi
Oxunma sayı: 3469

Türkiyənin ən qalmaqallı maqazin proqramı olan “Duymayan Kalmasın”ın birdəfəlik yayımdan qaldırılması barədə məlumat yayılıb.  İddia olunub ki, Türkiyə Televiziya və Radio Şurası (RTÜK) tərəfindən dəfələrlə cərimələnən veriliş kanal rəhbərliyi tərəfindən bağlanıb. 

Mövzu ilə bağlı proqramın aparıcılarından olan Seren Serengil açıqlama yayıb.  O, Star TV ilə yollarını ayırdıqlarını elan edib:

"İki ildir ki, reytinqdə birinciyik. Bu qədər reytinqi yüksək proqramın bağlanması barədə yayılan xəbərlər gülüncdür. Biz kanalla müqaviləmizi iki illik bağlamışdıq və bitdi. Sentyabr ayında başqa kanalda size salamlayacağıq".