Türkiyənin “Gölge” Orkestrı Gəncə Dövlət Filarmoniyasında

turkiyenin-golge-orkestri-gence-dovlet-filarmoniyasinda
Oxunma sayı: 1525

Gəncə Dövlət Filarmoniyasında Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan konsert proqramı təşkil olunub.

"Qafqazinfo" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ölkənin hər yerində olduğu kimi, Gəncədə də Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən silsilə tədbirlərin keçirildiyini bildirib. H. Əliyevin siyasi fəaliyyətindən söz açan şəhər rəhbəri, Heydər Əliyevin bütün həyatını Azərbaycanın müstəqilliyinə, azadlığına həsr etdiyini vurğulayıb. 

Rəsmi hissədən sonra Türkiyənin Bursa “Gölge” Dövlət Simfonik Orkestrı Gəncə tamaşaçıları qarşısında möhtəşəm konsert proqramı ilə çıxış edib. Yalçın Adıgözəlovun dirijorluğu ilə Orkestr F.Əmirovun “Azərbaycan kapriççiosu”, Qara Qarayevin “7 gözəl” baletindən “Vals” ifa edib. Bursa “Gölge” Dövlət Simfonik Orkestrının müşayəti ilə Gəncə Dövlət Filarmoniyasının solisti Gülay Zeynalovanın ifasında “Qara gilə”, Ehtiram Hüseynovun ifasında “Kor ərəbin mahnısı”, “Qarabağ şikəstəsi” alqışlarla qarşılanıb.

Azərbaycanın Xalq artisti Samir Cəfərovla Türkiyənin İzmir Opera və Balet Teatrının solisti Levent Gündüzün solo ifa və duetləri isə tamaşaçılarda xüsusi maraq yaradıb. Onlar Jorj Bizenin “Karmen” opearsında, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından parçalar ifa ediblər.

Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan konsert proqramı Samir Cəfərovun ifasında sözləri Baba Vəziroğlu, musiqisi Kəmaləddin Heydərova məxsus “Xalq Heydər söyləyəcək” mahnısı ilə yekunlaşıb.