Türkiyədə AKP üzvlərinə silahlı hücum - 4 ölü, 8 yaralı+ Yenilənib

Türkiyədə AKP üzvlərinə silahlı hücum
Oxunma sayı: 2118

Türkiyənin hakim Ədalət və İnkişaf  Partiyasının Şanlıurfadan olan millət vəkili Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri Suruç əyalətində seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıblar.

“Qafqazinfo”nun “Miliiyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu polis və təcili yardım avtomobilləri cəlb olunub.

***

“Anadolu” agentliyi hadisə zamanı 4 nəfərin öldüyünü yazıb. Millət vəkilinin qardaşı Mehmet Yıldız, həmçinin Əsvəd, Fadıl və Fərid Şənyaşar adlı şəxslər dünyalarını dəyişiblər.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi