Türkiyənin hər yerində Rza Zərrab təşvişi

turkiyenin-her-yerinde-rza-zerrab-tesvisi
Oxunma sayı: 2038


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı son dövrdə aldığı,  dəyərləri təxminən 20 milyon lirə təşkil edən rəsm əsəri və antikvar əşyaların pullarını ödəmədən həbs olunduğu üçün hərrac evi nə edəcəyini düşünməyə başlayıb. Zərrab  rüşvət əməliyyatından iki gün əvvəl Antik “A.Ş“nin təşkil etdiyi hərracda 1 milyon 50 min lirəyə Nazmi Ziyanın “Öz evi” adlı rəsm əsərini, 250 min və 380 min lirəyə olan qabları satın alıb. Əsərlər və "El Ganador" adlı yarış atı ilə birlikdə  müsadirə edilsə də, iş adamının keçən il həyat yoldaşı Ebru Gündeşə ad günü münasibəti ilə aldığı "Duty Free" adlı at müğənninin adına olduğu üçün toxunulmayıb.