Türkiyənin ilk qadın pilotuna fəxri doktor adı verildi - Fotolar

Türkiyənin ilk qadın pilotuna fəxri doktor adı verildi
Oxunma sayı: 1346

Bu gün Bakı Avrasiya Universitetində Türkiyənin ilk qadın pilotu Madalet Grabbe Başustaya universitetin fəxri doktoru diplomunun təqdimetmə mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, universitetin rektoru, professor Nazim Hüseynli adını Türk dünyasının önəmli isimləri sırasına daxil edən Madalet Grabbe Başustanı ona fəxri adın verilməsi münasibəilə təbrik edib.

Tədbir iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Türkiyə Silahlı Qüvvələrinin Afrin əməliyyatları zamanı şəhid olmuş mehmetçiklərin xatirəsi bir dəqiqiəlik sükütla yad edilib.

Tədbirdə millət vəkili Qənirə Paşayeva çıxış edərək Türk dünyasının ilk qadın pilotunun gənc nəsillərə örnək olacaq  həyat və fəaliyyətindən danışıb.

Daha sonra universitetin xarici əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov fəxri doktor diplomunu Madalet Grabbe Başustaya təqdim edib. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi