Türkiyənin İrana qızıl ixracatında gizli məqamlar

turkiyenin-irana-qizil-ixracatinda-gizli-meqamlar
Oxunma sayı: 640

Lakin bu artımın səbəbi ilə bağlı heç bir məlumat yoxdur.
Statistik göstəricilərə görə, apreldə Türkiyə ən çox ixracatını 1.47 milyard dollarla İranla edib. Lakin bu ixracatın böyük bir qismi, yəni 1.2 milyard dolları həmin ölkəyə qızıl ixracı ilə gerçəkləşib.
Ötən ilin eyni dönəmində qızılın miqdarı təxminən 300 kiloqram idisə, 2012-ci ilin aprelində isə bu rəqəm 26 tonu keçib.
İrana qızıl ixracında artımın səbəbi ilə bağlı müxtəlif versiyalar var. Bunlardan biri həmin ölkədə artan siyasi gərginliklə əlaqədar qızıla etibarlı investisiya vasitəsi olaraq tələbin artması, digəri isə İrana qoyulan iqtisadi embarqo səbəbi ilə digər ölkələrlə dollar əvəzinə qızılla ticarət etməsi göstərilir.