Türkiyənin İraqla sərhədində kənd bombalandı: onlarla ölü

turkiyenin-iraqla-serhedinde-kend-bombalandi-onlarla-olu
Oxunma sayı: 634

Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı məlumat verib.

Aviazərbələr cümə axşamı səhər İraqla sərhəddə yerləşən Ortasu kəndinə endirilib. Bombardmanda 23 nəfərin öldüyü təsdiqlənib.

Türkiyə hakimiyyəti hələlik baş verənlərlə bağlı rəsmi bəyanat verməyib.

Avqust-sentyabr aylarında Türkiyə HHQ PKK yaraqlılarının Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra mütəmadi olaraq terrorçuların hədəflərinə aviazərbələr endirib. Nəticədə 300-dən çox yaraqlı məhv edilib. Türkiyə ordusunun Baş qərargahı bəyan edib ki, İraqın şimalında separatçıların fəaliyyətini diqqətlə izləyəcək və yeni hədəflər aşkarlanarsa, hava əməliyyatları həyata keçirəcək.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.