Türkiyənin məşhur aktyoru dünyasını dəyişdi

turkiyenin-meshur-aktyoru-dunyasini-deyisdi
Oxunma sayı: 3809

Fevralda yıxılaraq bud sümüyünü sındıran və əməliyyat olunan aktyor Fərdi Merter dünyasını dəyişib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, reanimasiyada olan aktyorun ölüm xəbərini qızı Almula Merter sosial şəbəkədə yazıb:

“Ata, məni belə qoyub getmək olardımı? Canım atamı, teatr ustadımı itirdik. Nur içində yat. Səni çox sevirəm”.

Qeyd edək ki, bir çox teatr tamaşalarında, film və seriallarda rol alan Fərdi Merter sonuncu dəfə “Kiralık aşk” serialında “Hülusi baba” obrazını canlandırıb.