Türkiyənin məşhur müğənnisi evində ölü tapıldı

turkiyenin-meshur-mugennisi-evinde-olu-tapildi
Oxunma sayı: 6848

Türkiyənin tanınmış müğənnisi Devran Çağlar evində ölü halda tapılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu axşam səhnəyə çıxmağa hazırlaşan ifaçıdan xəbər çıxmayınca yaxınları evinə gedib. İçəri girən insanlar Çağların cansız bədəni ilə qarşılaşıb. Hazırda polis hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, arabesk ifaçısı olan Devran Çağlar cinsiyyət dəyişdirərək qadın olmuşdu.