“Türkiyənin qonşu ölkələrdə hərbi əməliyyat aparması adiləşib” - Elxan Şahinoğlu

turkiyenin-qonsu-olkelerde-herbi-emeliyyat-aparmasi-adilesib
Oxunma sayı: 2321

“Vaxt var idi, Türkiyənin kənarda hərbi əməliyyat aparması üçün Ankaranın uzun-uzadı danışıqlar aparması, kimisə razı salması lazım idi, əməliyyat başlayandan sonra isə kəskin reaksiyalarla üzləşirdi. İndi isə Türkiyə ordusunun qonşu ölkələrdə hərbi əməliyyat aparması adiləşib və kimsə buna kəskin reaksiya vermir, tam əksinə bunu normal qəbul edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Türkiyə ordusunun Suriyanın şimalında PKK-nın əsas məskəni hesab edilən Qəndil dağına başlatdığı əməliyyatı şərhi edərkən bildirib.

O qeyd edib ki, Türkiyənin əməliyyatlarının artıq normal qarşılanması Suriya və İraqda terrorçularla savaşması və onların bazalarını bombalamasına görədir:

Politoloq qeyd edib ki, PKK illər öncə fürsəti əldən verib:

“Əgər PKK Rəcəb Tayyib Ərdoğanın 2000-ci illərin əvvəllərindəki “barış prosesinə” müsbət reaksiya verib tərksilah olunsaydı, bu gün ağır itkilərlə üzləşməzdi. PKK iki dəfə Ərdoğanı aldatmağa cəht etdi. Dedilər ki, silahlı mübarizədən çəkilib siyasi mübarizəyə qoşulurlar, liderləri Abdullah Öcalanın Diyarbəkirdə məktubları oxundu. Ancaq hamısı yalan çıxdı. PKK-nın silahı yerə qoymaq fikri yox idi”.

E.Şahinoğlu sözlərinə əlavə edib ki, terroçularla mübarizənin tək yolu var - onları neytrallaşdırmaq lazımdır:

“Ərdoğan da bu yoldan başqa alternativ görmür. Qəndil əməliyyatı tam gücüylə davam edir. İraq hökuməti biz söz demir, çünki Türkiyənin terrorçularla mübarizə haqqını tanıyır”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 10 iyundan etibarən Qəndildə terrorçuların hədəflərini bombalamağa başlayıb.