Türkiyənin yeni gəlinləri - Fotolar

turkiyenin-yeni-gelinleri
Oxunma sayı: 949

Yay “transfer pəncərəsi”ndən istifadə edən klublar yeni transferləri ilə gündəmi zəbt edə bilirlər. “Qafqazinfo” xəbər verir ki, Türkiyə bu mövsüm transfer bazarında ən fəal ölkələrindən biridiri. 

Lakin qardaş ölkə mətbuatında transferlərin səs-küyü təkcə futbolçularla məhdudlaşmır, həmçinin Türkiyəyə gələn oyunçuların həyat yoldaşları diqqət mərkəzinə düşür. 

Onların bir neçəsini təqdim edirik:

“Fənərbaxça”nın yeni transferi İslanın xanımı Qala həm medianın gündəmini zəbt edə bilib, həm də İstanbuldan etdiyi paylaşımlarla müzakirə mövzusuna çevrilib. 


“Başakşəhər” klubunun yeni transferi Qael Klişinin xanımı Carlene Suriç də futbolçu qədər diqqət mərkəzinə düşə bilib. 

“Antalyaspor”un transferi Jeremi Menezin xanımı Emilie Nefnaf Türkiyəyə sevgisi ilə rəğbət qazanıb. 

“Beşiktaş”a gələn ulduz Pepenin xanımı Ana Sofia Moreyre nə qədər həyat yoldaşının kölgəsində qalsa da, İstanbuldan etdiyi paylaşımlarla diqqətləri üzərinə çəkib. 

“Fənərbaxça”ya gələn Matyö Valbuenanın həyat yoldaşı Fanni Lafon Fransada keçirilən AÇ-2016-dan hər kəsə yaxşı tanışdır. Türkiyəyə gəlişi də səs-küysüz qarşılanmayıb.