Türkiyəyə bacısıgilə getmişdi, iki maşın vurub öldürdü - Video

turkiyeye-bacisigile-getmisdi-iki-masin-vurub-oldurdu
Oxunma sayı: 2489

Türkiyənin Yalova şəhərində yaşayan bacısının yanına istirahətə gedən Azərbaycan vətəndaşı 21 yaşlı Hüseyn Zülfüoğlu yol qəzasında həlak olub.

“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, hadisə iyunun 25-də saat 18:30 radələrində Yalovanın Altınova rayonunda qeydə alınıb. 

Məlumata görə, gənc oğlan Yalova-İzmit avtomobil yolunda qırmızı işıqda velosipedlə qarşı tərəfə keçmək istəyib. Lakin yolda hərəkətdə olan iki avtomobil ard-arda onu vurub.

Azərbaycanlı gənc hadisə yerindəcə dünyasını dəyişib. Onun cəsədi Bursa Ədli Tibb Qurumunun (məhkəmə tibb ekspertizasına) morquna aparılıb. Burada aparılan yoxlamalardan sonra cənazə dəfn olunmaq üçün ailəsi tərəfindən Azərbaycana gətirilib.