Türkiyəyə saç əkdirməyə gedən azərbaycanlını həmyerlimiz soydu - Video

turkiyeye-sac-ekdirmeye-geden-azerbaycanlini-hemyerlimiz-soydu
Oxunma sayı: 1435

İstanbulun Küçükçekmece rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat çərçivəsində soyğunçuluqla məşğul olan Azərbaycan vətəndaşı  25 yaşlı Rüyal A. saxlanılıb. O, məhkəmə prosesində həbs olunaraq həbsxanaya göndərilib.

“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, rayonun təhlükəsizlik kameralarına düşən görüntülərdə onunla birlikdə əlbir olan digər şübhəli şəxsin də tutulması istiqamətində tədbirlər görülür.

Qeyd olunur ki, Rüyal A. bu il mayın 12-də Türkiyəyə saç əkdirmək üçün gedən Azərbaycan əsilli D. Z. Havid ilə tanış olaraq onu kömək məqsədilə öz evinə aparıb.  Daha sonra o, Havidi evdə qoyaraq çıxıb gedib. Bir müddət sonra evə üzü maskalı və əlində bıçaq olan şəxs daxil olaraq Havidin 2100 dollar, 20 min rubl miqdarında pullarını və telefonunu oğurlayıb. Rüyal A. hadisədən sonra evə gələrək heç nə olmamış kimi davranıb. 

Şübhəlilər bu cür analoji soyğunçuluğu 10 iyunda İran vətəndaşına qarşı da həyata keçiriblər.