Türklər Avropanı belə fəth edir - Video

turkler-avropani-bele-feth-edir-video-
Oxunma sayı: 653

“Şalke”li futbolçu Noyştatderin qolu ilə geri düşən “Cim Bom”, buraxdığı qoldan sonra bütün oyun nəzarətini öz əlinə alıb. Bu mövsüm ümumilikdə topları 8 dəfə qapı tirinə tuş gələn Hamit Altıntop yenə də dirəyi nişan alıb ancaq bu dəfəki zərbənin qarşısında dirək də acız qalıb və nəticədə möhtəşəm qol alınıb. Bundan sonra Türkiyə futbolunun son illərdə yetrdiyi dünya səviyyəli futbolçu Burak Yılmaz səhnəyə çıxıb.Burak dünənki görüşdə vurduğu qolla “Çempionlar Liqa”sında dalbadal 6 oyunda qol vuran yeaganə futbolçu olub və bu sahədə rekord qırıb. Nəzərə alsaq ki, Burak bu yolda Lionel Messi və Kriştiyano Ronaldo ilə mübarizə aparır onda bu rekordun həm futbolçunun özü üçün, həm də Türkiyə futbolu üçün nə qədər önəmli olduğunu anlamaq olar.

Oyunun bitməsinə saniyələr qala digər bir istedadlı türk futbolçusu Umut Bulud da fərqlənib və “Qalatasaray”ın adını rəsmən ¼ finala yazdıran qolun müəllifi olub. “Qalatasaray”ın dünən oynadığı möhtəşəm oyunu bir daha xatırlamaq üçün həmin görüntüləri təqdim edirik.

Bu arada qeyd etmək istərdik ki, “Şalke” üzərində qələbə türklər üçün həm də simvolik məna daşıya bilər. Osmanlı dövründən başlayaraq türklər Şalke səddini keçmək üçün uzun mübarizələr aparsalar da, əsaslı şəkildə buna nail ola bilməyiblər. Dünəki qələbə isə türklərin Avropanı növbəti fəthi kimi də dəyərləndirilə bilər...

İqbal