Türklər azərbaycanlı və erməni gəncin sevgisindən bəhs edən serial çəkəcək- - Şok iddia

turkler-azerbaycanli-ve-ermeni-gencin-sevgisinden-behs-eden-serial-cekecek-
Oxunma sayı: 3629

Türkiyədə azərbaycanlı və erməni gəncin sevgisindən bəhs edən serial çəkiləcək.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin “Axşam” qəzetinin iddiasına görə, serial azərbaycanlı oğlanla erməni qızın sevgisindən bəhs edəcək. 

Qəzetin yazdığına görə, artıq serialın baş qəhrəmanları da müəyyənləşib. Belə ki, bir müddət əvvəl “tükənmişlik sindromu” diaqnozu ilə Türkiyənin ən məşhur serialı “Möhtəşəm Yüzil”i tərk edib Almaniyada müalicəyə gedən Məryəm Uzerli də serialda rol alacaq. Digər qəhrəman isə “Aşkı Memnu” serialından tanıdığımız Kıvanc Tatlıtuğ olacaq.

Əgər bu məlumat doğru olsa, serialın çəkilişlərinə 2014-cü ilin fevral ayında başlanacağı və sentyabr ayında isə  “Kanal D”də yayımlanacağı bildirilir.