Türklər bizim mahnılara belə reaksiya verdilər - Video

turkler-bizim-mahnilara-bele-reaksiya-verdiler
Oxunma sayı: 4346

Türkiyənin məşhur “Tepkikolik” adlı “Youtube” səhifəsində Azərbaycan mahnıları müzakirə edilib. “Qafqazinfo” xəbər verir ki, Gözde Kurbak, Günce Sönmez, Can Karako, Yaren Kılıç,  Can Koçak və Mehrabe Pehlivanın siması olduğu “Gençlerin Tepkisi” proqramında musiqilərimizlə bağlı fikirləri yer alıb. 

Əvvəlcə Miri Yusifin ifa etdiyi “Ağ təyyarə” mahnısı səsləndirilib. Türkiyəli gənclər yekdil olaraq sənətçinin klipini və ifasını bəyəniblər. Onlar Miri Yusifi dünya ulduzu Pitbull-a bənzədiblər. 

Daha sonra sosial şəbəkələrdə fenomenə çevrilən Elvina Mustafazadənin “Bakı” mahnısına çəkdirdiyi klip göstərilib. 
Bundan əlavə, Zamiq Hüseynovun “Kaman”, Miri Yusif və Röya Ayxanın duet oxuğu “Səndən bir dənədir” mahnısı səsləndirilib. 

Onlar “Kamanı” öz türkülərinə bənzədiblər, Miri ilə Röyanın duetinin kuliminasiya nöqtəsinin olmamasından şikayətləniblər. 

Bildirək ki, dörd gün bundan əvvəl yayımlanan videonu yarım milyona yaxın insan izləyib.