Türklər İrəvanda namaz qılmaq istəyir

turkler-irevanda-namaz-qilmaq-isteyir
Oxunma sayı: 1047


“Qafqazinfo” xəbər verir ki, müraciətdə  ziyarət  zamanı   Ermənistan  hökumətinin  onların  təhlükəsizliyinə  zəmanət  verməsi  xüsusilə  qeyd  edilib. Qeyd  edək  ki,  bu  təşkilatlardan ən fəalı  təşəbbüskar kimi  tanınan “ASİMDER”  yəni  “Əsassız  erməni  iddialarına  qarşı  mübarizə  birliyi” təşkilatıdır. Rəhbəri  isə Göksel  Gülbəydir. Təşkilat  üzvlərinin  əsas  məqsədi  adlarından da məlum  olduğu  kimi, Türklərə  qarşı  erməni  təbliğatının  iftira və  yalan üzərində  kökləndiyini  sübuta  yetirmək  və İrəvanı  öz  tarixi  vətənləri  hesab  etmələridir.

Təşkilatın  rəhbəri Göksel  Gülbəy  deyir: “O halda  ki,  türk  tərəfi  hər  iki  ölkə  arasında  danışıqların  təsdiqinə səy göstərir, Türkiyədə  erməni  icması  azad  və təhlükəsiz  hərəkət  edirlər, dini  mərasimlərini, ayinlərini  müntəzəm  olaraq  keçirirlər , hətta  burada  olduğu  kimi İrəvanda da keçirmək  istəyirlər. O zaman  bizim də  öz  tarixi  vətənimiz  olan İrəvanda dini  məskənlərimizi  ziyarət  etmək  haqqımız  var”.

Bildiyimiz  kimi, Göy məscid  1766 –cı  ildə (hicri tarixi ilə1179-cu ildə)  İrəvan xanı  Hüseyn Əli  xan  tərəfindən  tikilib. İrəvandakı  məscidlər  arasında  ən  möhtəşəmi  və  sahəsinə  görə  ən  böyüyü  olub. Sahəsi  7 min kv.metrdir. 28  pavilyonu  1 minarəsi  var. Əvvəllər 4 minarəsi olsa da minarələrin 3-ü müxtəlif  zamanlarda  ermənilər  tərəfindən dağıdılıb. Hal- hazırda  İrəvanda  yeganə  müsəlman  ibadətgahıdır. Cənub  qapısının  yuxarı  tərəfində  memarın  adı , ürək  sözləri və tikilmə  tarixi  yazılıb. Burada fars  və  ingilis  dillərində  8 min  kitab var. Azərbaycanlılara  aid kitabların hamsı  yandırılıb. Xarici  ziyarətçilərə məscidin farslara  aid  olması  təbliğ  olunur. Hazırda  məsciddə  farsca  kurslar  keçirilir.  Erməni  mətbuatında ancaq  rus dili bölməsində  yazılır ki, “Ermənistan  hökuməti  Göy məscidi YUNESKO-nun Ümumdünya  mirasları siyahısına  salınması  haqqında  fikirləşir. Lakin  erməni dilində  bu cümləyə yer  verilməyib. Təbii  ki,  bu da erməni  siyasətinin  bir  xüsusiyyətidir.

İsmayıl  Tanrıverdi