Türklər “Spartak”ın saytını dağıtdılar

turkler-spartakin-saytini-dagitdilar
Oxunma sayı: 644

“Qafqazinfo”nun Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, hələ oyun başlamazdan əvvəl “Spartak”lı azarkeşlərin “Fənərbağça”lı fanatlara hücumu baş verib. Moskva klubunun 20-yədək tərəfdarı bir qrup türk azarkeşi döyüb. Rusiyalı fanatlar türklərin oyuna gətirdikləri üzərində Atatürkün portreti olan plakatları cırıblar. Bu azmış kimi, Atatürkün şəkli olan plakatlar oyun zamanı yandırılıb.

UEFA-nın İntizam Komitəsinin “Spartak” klubu azarkeşlərinin hərəkətlərilə bağlı ölçü götürəcəyi gözlənilir.

Bu hadisələrə cavab olaraq "Spartak" futbol klubunun rəsmi saytı türk hakerlər tərəfindən dağıdılıb. Saytın baş səhifəsində Atatürkün və Türkiyə bayrağının şəkilini yerləşdiriblər.

Saytda "Dərhal türk xalqından üzr istəyin. FİFA buna reaksiya verməsə də, biz cinayəti cəzasız qoymayacağıq" sözləri yazılıb.

Hazırda klubun rəsmi saytı istifadəçilər üçün qapalıdır.

Xatırladaq ki, matç 2:1 hesabı ilə “Spartak”ın xeyrinə başa çatmışdı.


Eldar Tanrıverdiyev