Türkləri o təmsil etdi, geyimi başına bəla oldu - Fotolar

turkleri-o-temsil-etdi-geyimi-basina-bela-oldu
Oxunma sayı: 1129

Mayın 18-də Fransanın Kann şəhərində 70-ci Beynəlxalq Kann Kinofestivalının açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, Monika Belluçi, Marian Kotiyar, Uil Smit, Uma Turman, Edrian Brodi, Bella Hadid, Emeli Ratkovksi və başqa məşhurların qatıldığı gecədə türklərdən aktrisa Bensu Soral da iştirak edib.

26 yaşlı aktrisa festival üçün Selma Çilek imzalı iki fərqli libasdan istifadə edib, lakin geyimləri sosial şəbəkələrdə əksəriyyət tərəfindən tənqid olunub

Ağ, uzun libasın kəmər və dekoltə hissəsinin sənətçinin bədəninə oturmadığı, yaşıl rəngli geyimin olduqca ekstravaqant olduğu, həmçinin ayaqqabı seçiminin də yanlış olduğu müzakirəyə çıxarılıb. 

Bensu Soralın sadəcə makiyajı və saç stili bəyənilib.